Cəmiyyət

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

24 Oct 2026, 12:36 2 baxış
Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X sosial şəbəkə hesabında paylaşım edilib.


Bildirilib ki, Azərbaycan İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları pisləyir.


Nazirlik İordaniya ilə həmrəyliyini ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər