Dünya

Cənubi Azərbaycanda daşqınlar: Ölən və itkin düşənlər var - Foto/Video

23 Oct 2026, 16:14 2 baxış
Cənubi Azərbaycanda daşqınlar: Ölən və itkin düşənlər var - Foto/Video
İranın Qərbi Azərbaycan əyalətinin Səlmas bölgəsində baş verən daşqınlar nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb. "Azad İran" "Telegram" kanalının informasiyasına görə, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi məlumat verib.

Qeyd olunur ki, təbii fəlakət zamanı daha iki nəfər itkin düşüb. Hər üç şəxsin meyiti tapılaraq aidiyyəti qurumlara təhvil verilib. Daşqınlardan ən çox zərər Kaniyan kəndi görüb. Burada 11 nəqliyyat vasitəsi sel sularının əhatəsində qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər