İdman

FIFA "Messi" ləqəbli məşqçinin cəza müddətini artırdı

23 Oct 2026, 06:16 24 baxış
FIFA "Messi" ləqəbli məşqçinin cəza müddətini artırdı
FIFA yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda təqsirləndirilərək 20 il müddətinə diskvalifikasiya olunmuş konqolu məşqçi Conatan Bukabakvanın futboldan kənarlaşdırılma müddətini 2048-ci ilə qədər uzadıb. Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. "Messi" ləqəbi ilə tanınan məşqçi ötən il həbsdən çıxdıqdan sonra cəza şərtlərini pozaraq yenidən uşaqları çalışdırmağa başlayıb. Bu səbəbdən FIFA onun cəzasına daha 5 il əlavə edib. FIFA-nın Etika Komitəsi intizam tədbirləri çərçivəsində Conatan Bukabakva 15 000 dollar məbləğində əlavə cərimələnib, məşqçinin çalışdığı "Rasinq Klub Baki" klubu 50 000 dollar məbləğində cərimə olunub Xatırladaq ki, FIFA 2023-cü ilin oktyabrında Bukabakvanı 20 il müddətinə futboldan kənarlaşdırmış və 112 000 dollar məbləğində cərimələmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər