Kriminal
Vətən müharibəsi qazisi qətlə yetirildi
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.
Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Mənbə
axar.az