İdman

Veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

22 Oct 2026, 21:56 3 baxış
Veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib. Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Qeyd olunub ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb. Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib. Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər