Digər

Fransada iğtişaşlar: 2700 nəfər saxlanıldı

22 Oct 2026, 21:34 2 baxış
Fransada iğtişaşlar: 2700 nəfər saxlanıldı

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.


Axar.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında bildirib.


“Ümumilikdə 2700 nəfər saxlanılıb, onlardan 217-si şənbə günündən etibarən həbsdədir”, – nazir deyib.


O qeyd edib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb. “Həqiqətən də son dərəcə sərt tədbirlər görülüb”, – o əlavə edib.


Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər