Digər
Fransada iğtişaşlar: saxlanılanların sayı 2700-ə çatdı
Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ədliyyə naziri Jerald Darmanen deyib.
“Şənbə günündən bəri 2700 nəfər saxlanılıb, onlardan 217-si barəsində isə həbs qətimkan tədbiri seçilib”, - nazir bildirib.
Qeyd edək ki, Fransada bir müddət öncə başlayan aksiyalar sürətlə genişlənib və iğtişaşlara çevrilib.
Mənbə
axar.az