Digər

Cütlük Məkkədə niyə edam edildi? - Əsl həqiqət/Video

22 Oct 2026, 20:46 3 baxış
Cütlük Məkkədə niyə edam edildi? - Əsl həqiqət/Video

İki banqladeşli gəncin Səudiyyə Ərəbistanında edam edilməsi ətrafında sosial şəbəkələrdə yayılan video və məlumatlar həqiqəti nə qədər əks etdirir?


Kult.az xəbər verir ki, ilk olaraq banqladeşli, yenicə ailə quran gənc cütlüyün “bal ayını keçirmək üçün” Ərəbistana gəldikləri və Məscidül-Həramda öpüşdükləri üçün onlara cinayət işi qaldırıldığı, daha sonra isə edam edildiyi bildirildi.


Daha sonra isə cütlüyün iş axtarmaq üçün Ərəbistana gəldikləri, onların 7 yaşlı övladlarının olduğu iddia edildi.


Paralel olaraq edama səbəb kimi Kəbədə banqladeşli oğlanın öz arvadını öpdüyünü əks etdirən görüntülər də yayıldı. Hətta guya hamilə xanımını Kəbədə öpdüyü üçün edam edildiyi iddiası və fotosu da yayılıb.



Daha sonra bəlli oldu ki, hamilə qadın Gehad Elbana, onu öpən əri isə Rəmzi Mahmuddur. Misirli cütlük 2024-cü ildə Kəbəni ziyarət edib və foto da orda çəkilib.


Bunun ardınca isə Ərəbistanda, Məkkədə arvadını öpdüyünə görə nəinki edam, heç cərimə də tətbiq edilmədiyi elan edildi.


Bəs, əslində nə baş verib və həqiqət necədir?


Banqladeşin iki vətəndaşı - Nəzrul İslam və Siti Əxtar iş üçün 2022-ci ildə Ərəbistana gəliblər və hər ikisi “Bin Laden” şirkətində işləyib. Məkkədə, Məscidül-Həramda təmizlikçi olublar. İş başında olarkən onların arasında romantik münasibət qurulub və Məscidül-Həramın 85 və 87 nömrəli qapıları arasındakı pilləkənlərin üstündəki boş otaqda zina ediblər (cinsi münasibətdə olublar).


Nəzrul İslam hindistanlı dostundan aşağıda keşik çəkməsini istəyib. Bu dost isə gənclərin sevişməsini lentə alıb. Daha sonra özü qadınla zina etmək istəyini bildirib, lakin bu istəyindən imtina edildiyi üçün videonu ictimailəşdirib.


Hadisə məhz bu yayılan video sayəsində ictimaiyyətə məlum olub. Səudiyyə Ərəbistanı hakimiyyəti videodan xəbər tutduqdan və ictimaiyyətin reaksiyasından sonra hər üç şəxsi həbs edib. Hindistanlı gəncə 20 il həbs cəzası verilib, banqladeşli gənclər isə edama məhkum edilib.


Nəzrul İslam 2022-ci ilin 10-13 noyabr tarixlərində Banqladeşdən Səudiyyə Ərəbistanına gəlib. O, bu hərəkəti 2023-cü ilin may ayında edib və bundan sonra Səudiyyə hakimiyyəti tərəfindən həbs edilib. O, 2023-cü ilin may ayından 2026-cı ilin oktyabr ayına qədər həbsxanada olub. Bu iş üzrə məhkəmə prosesi təxminən üç il yarım davam edib.


Qız və oğlan hər ikisi subay olub. Məlumatda bildirilir ki, Ərəbistanda zina edən evli adam ölüm hökmü ala bilər, subay isə 100 şallaqla cəzalandırılır.


Onlara ölüm hökmü çıxarılmasına səbəb isə məhz Məscidül-Haramda zina etmələridir. Onlar Məscidül-Haramın müqəddəsliyini və şərəfini ləkələyiblər.


Bu səbəbdən başqalarına görk olmaq üçün Ali Məhkəmənin hakimləri ölüm hökmünü uyğun bir cəza hesab ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər