Digər
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
Vaşinqton hesab edir ki, Moskva və Kiyev Ukraynadakı münaqişənin həlli üçün danışıqlara qayıtmaq barədə razılığa gəlib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına qayıtmaq barədə razılığa gəlib. Sülh razılaşmasına nail ola bilməməyimizin səbəbi onların mövqelərinin danışıqlarla bağlı müəyyən məsələlərdə çox fərqli olmasıdır", - deyə Vens bildirib.
Mənbə
axar.az