İdman
Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi
Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib. Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi futbol üzrə FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb. Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
Mənbə
oxu.az