Dünya
Britaniya kralı ərəbcə hədis oxudu - Video
Böyük Britaniya Kralı III Çarlz Oman Sultanı Heytəm bin Tariq əs-Səidin şərəfinə təşkil olunan ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı barədə hədisini ərəb dilində səsləndirib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
London yaxınlığındakı Vindzor qəsrində təşkil edilən təntənəli şam yeməyində kral Hörmüz boğazı və iqlim dəyişikliyi məsələlərinə də toxunub. Böyük Britaniya və Oman münasibətlərinin 200 ildən çox tarixə dayandığını qeyd edən III Çarlz hələ XVII əsrdə ingilis və omanlı dənizçilərin başlatdığı əməkdaşlıqdan bəhs edib. Omanın müasir dövrdə də Britaniyanın regiondakı əsas tərəfdaşlarından biri kimi qaldığını vurğulayan kral, hər iki dövlətin bütün istiqamətlərdə sıx həmrəylik nümayiş etdirdiyini bildirib. Oman sultanının liderlik xüsusiyyətlərini də yüksək qiymətləndirən kral sözügedən ərəb ölkəsinin bölgədəki həlledici mövqeyinə də toxunub: "Münaqişələr regiona təsir etdiyi zaman Omanın dünyanın ən mühüm dəniz ticarəti marşrutunu - Hörmüz boğazını açıq saxlamaq məqsədilə nümayiş etdirdiyi müstəsna səylər, başda ən həssas təbəqələr olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyətə göstərilən dəyərli bir xidmət idi". Omanın Körfəz regionunda yürütdüyü konstruktiv neytrallıq siyasətinin dərin hörmətə layiq olduğunu bildirən Britaniya kralı çıxışında yaddaqalan bir addım atıb. O, Məhəmməd peyğəmbərin ərəb qəbilələrindən biri tərəfindən təhqir edilən elçisinə söylədiyi "Əgər sən Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər" hədisini şəxsən ərəb dilində söyləyib. Kral gələcəyin qlobal təhlükələri və imkanları barədə də ciddi mesajlar verib: "İqlim dəyişikliyi vəliəhdlərimizə miras qalacaq quru və dəniz ərazilərini dəyişdirməyə çalışır. Süni intellekt uzaqgörənlik və ağıl olmadan həm ümid, həm də təhlükə vəd edir. Resurslara çıxış uğrunda gedən rəqabət isə beynəlxalq nizamı sınağa çəkir".

Mənbə
oxu.az