Cəmiyyət

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşağın ölməsinə rəsmi cavab

22 Oct 2026, 11:46 2 baxış
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşağın ölməsinə rəsmi cavab
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Səmədabad kənd sakini 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölüb. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Doğum və ginekologiya şöbəsinə müraciət edən 1996-cı il təvəllüdlü, hamiləliyin 38-39-cu həftəsində olan pasiyentə baş gəlişi, uşaqlıqda çapıq, çapığın qopma təhlükəsi diaqnozları təyin olunub və əməliyyata alınıb, ölü döl (qadın cinsli) doğulub: "Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, zahı qadının bir müddət tibb müəssisəsində müalicəsi davam etdirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
Mənbə oxu.az

Oxşar Xəbərlər