Digər
Azərbaycanda yeni mühasibat proqramı "Bestbooks" istifadəyə verilib - Foto/Video
Kiçik və orta biznes, eləcə də mühasibat xidmətləri göstərən şirkətlər üçün hazırlanan "Bestbooks" mühasibat proqramı istifadəyə verilib. Azərbaycanın vergi qanunvericiliyi və mühasibat uçotu tələbləri əsasında qurulan platforma satış, xərc, anbar, ödəniş, hesabat və digər mühasibat əməliyyatlarını vahid sistemdə birləşdirir. Şirkətin məlumatına görə, layihənin əsas məqsədi yerli biznesin uçot ehtiyaclarına cavab verən həll təqdim etmək və gündəlik maliyyə əməliyyatlarını sadələşdirməkdir. Yerli biznesin tələblərinə uyğunlaşdırılmış həll "Bestbooks" mühasibat və vergi uçotunun aparılması üçün yerli vergi mühiti, ƏDV qaydaları, mühasibat tələbləri və biznes praktikaları nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, sistemdə maliyyə məlumatlarının təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Platforma peşəkar mühasiblərlə yanaşı, mühasibat üzrə ixtisaslaşmayan sahibkarların da rahat istifadəsi üçün nəzərdə tutulub. Məhsul sahiblərinin bildirdiyinə görə, proqram biznesin mövcud iş proseslərinə uyğunlaşır və istifadəçilərə alışdıqları iş qaydalarını davam etdirməyə imkan verir. "Bestbooks"u hazırlayarkən əsas diqqəti Azərbaycan biznesinin real ehtiyaclarına yönəltdik. Məqsədimiz yerli vergi və mühasibatlıq tələblərinə uyğun, gündəlik maliyyə proseslərini sadələşdirən və sahibkarların işini asanlaşdıran praktik həll yaratmaq idi", - deyə "Bestbooks"un həmtəsisçisi və baş icraçı direktoru Rauf Vəliyev bildirib. Proqram haqqında ətraflı məlumatı təqdim edən video ilə aşağıda tanış ola bilərsiniz:
Bütün əməliyyatlar vahid sistemdə Mühasibat işində əsas çətinliklərdən biri məlumatların müxtəlif mənbələrdə saxlanılması və hesabat dövründə yenidən bir araya gətirilməsidir. "Bestbooks" bu problemi aradan qaldırmaq üçün satışların, xərclərin, anbar qalıqlarının, ödənişlərin, vergi uçotunun və maliyyə hesabatlarının vahid platformada idarə olunmasını təmin edir. Vaxtaşırı əməliyyatların avtomatlaşdırılması isə gündəlik iş yükünü azaldır, uçotun aparılmasını isə daha rahat və sürətli edir. Bulud xidməti və şirkətin öz serverində quraşdırma "Bestbooks" iki istifadə modeli ilə təqdim olunur: Bulud əsaslı "SaaS" (proqram təminatının xidmət kimi təqdim edilməsi) modeli və şirkətin öz serverində quraşdırılan "On-Premise" versiyası. Bu, hər bir müəssisəyə öz iş modelinə və daxili tələblərinə uyğun variantı seçmək imkanı verir. Məlumatların təhlükəsizliyi və rəqəmsal xidmətlərlə inteqrasiya Platformada maliyyə məlumatlarına çıxış rol əsaslı icazələr vasitəsilə idarə olunur. Yəni hər istifadəçi yalnız öz vəzifəsinə uyğun məlumatları görə bilir. "Bestbooks" fərdi məlumatların informasiya ehtiyatları və sistemləri ilə bağlı fəaliyyət üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya malikdir. Həmçinin "Bestbooks" fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınıb. Bundan əlavə, platforma"ASAN İmza", SİMA və "myGov" xidmətləri ilə inteqrasiya olunub ki, bu da istifadəçilərə dövlət rəqəmsal xidmətləri ilə işi bir sistemdən aparmağa imkan verir. 14 günlük ödənişsiz istifadə imkanı Maraqlanan şirkətlər və mühasiblər platformanı 14 gün ərzində ödənişsiz sınaqdan keçirə bilərlər. Bunun üçün bank kartı məlumatlarının daxil edilməsi tələb olunmur. "Bestbooks" barədə ətraflı məlumatı www.bestbooks.az saytından əldə edə bilərsiniz. 📸 "Instagram": https://www.instagram.com/bestbooks.az?vrfl=MW4yZmN5eTZ2dGZ3bg== 📘 "Facebook": https://www.facebook.com/share/1C7AqDGnyH/?mibextid=wwXIfr 💼 "LinkedIn": https://www.linkedin.com/company/bestbooks-az/ ▶️ "YouTube": https://www.youtube.com/@bestbooksaz

Mənbə
oxu.az