Dünya

Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video

22 Oct 2026, 11:36 3 baxış
Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video
Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub, daha səkkiz şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizə aparan hökumət qüvvələrinə hərbi dəstək verən və onların mövqelərinə hava zərbələri endirən ərəb koalisiyasına rəhbərlik edir. Buna cavab olaraq husilər krallığın infrastruktur obyektlərinə qarşı hərbi hücumlar həyata keçirirlər.
Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər