Kriminal
Bakıda iki yaşlı qız su kanalında boğuldu
Bakıda 2 yaşlı uşaq faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü F.C. evinin qarşısındakı su kanalına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az