Digər

Ukrayna Moskvada hərbi zavodu vurdu

22 Oct 2026, 09:45 2 baxış
Ukrayna Moskvada hərbi zavodu vurdu

Ukrayna ordusu Rusiya Müdafiə Nazirliyinin Moskva vilayətinin Serpuxov şəhərində yerləşən "75 Arsenal" hərbi zavodunu vurub.


Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.


Bildirilib ki, hərbi zavoda PUA-lar və raketlərlə zərbə endirilib.


Nəticədə zavodun və hərbi hissənin ərazisində partlayışlar baş verib.


"Arsenal" zavodu silah və sursat istehsal edir, hərbi texnika, artilleriya sistemləri və Buk-M1, Buk-M2 və S-300V hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hava hücumundan müdafiə sistemlərini təmir və bərpa edir.

Mənbə axar.az

Oxşar Xəbərlər