Cəmiyyət

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

22 Oct 2026, 10:38 2 baxış
Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Ermənistan rəsmiləri TRİPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə bölgəyə gəliblər.


Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRİPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər