Siyasət

Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər - Foto

21 Oct 2026, 23:12 4 baxış
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər - Foto
Oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") qəbul olunublar. Oxu.Az "Report"a istinadən xəbər verir ki, birliyin üzvləri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouvman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marko Kardinali ilə görüşüblər. Təxminən bir saat davam edən görüşdə azərbaycanlı itkinlərin ailələri bildiriblər ki, Ermənistan post-münaqişə dövründə də onların yaxınları barədə heç bir məlumat təqdim etməyib. "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında etiraz aksiyası keçirdiyi və bəyanat qəbul etdiyini bildirib. O, vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıyır, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə borcludur. K.Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində bu günədək 32 kütləvi məzarlığın aşkarlanmasını böyük humanitar faciənin kiçik epizodu kimi qiymətləndirib. Görüşdə qeyd olunub ki, bu gün Brüsseldə "Schuman" meydanında azərbaycanlı itkinlərin daha bir aksiyası keçirilib. İctimai birlik üzvləri yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyaları davamlı olaraq keçirəcəklərini bildiriblər.
{{gallery}}
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər