Cəmiyyət
Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq
Bakının Sabunçu rayonunda təmir işləri ilə əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, avtomobil təmir işləri Bəşir Bünyadov küçəsinin "Koroğlu" metro stansiyasından ("Piramida" tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində, eləcə də Bakıxanov qəsəbəsi istiqamətində aparılacaq. Bununla əlaqədar sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə aşağıdakı tarixlərdə tam məhdudiyyət tətbiq ediləcək: - 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək; - 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək; - 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Mənbə
oxu.az