Digər
Macarıstanda keçmiş nazir saxlanıldı
Macarıstanın keçmiş iqtisadiyyat naziri və Milli Bankın keçmiş rəhbəri Dyord Matolçi korrupsiya şübhəsi ilə saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Magyar məlumat yayıb.
“Mərkəzi İstintaq Prokurorluğu Macarıstan Mərkəzi Bankının keçmiş sədri və Viktor Orban hökumətinin sabiq naziri Dyord Matolçini saxlayıb”, - Magyar bildirib.
Qeyd edək ki, Macarıstan mediası əvvəllər Matolçinin korrupsiya cinayətlərində, həmçinin Macarıstan Milli Bankı tərəfindən yaradılan xüsusi fonddan vəsaitlərin sui-istifadə etməsi barədə məlumat dərc etmişdi.
Mənbə
axar.az