İqtisadiyyat
Azərbaycan iqtisadiyyatı üçün nəhəng layihə: 100 milyardlıq plan
"2027-2030-cu illərdə Azərbaycan iqtisadiyyatına əsas kapitala ümumilikdə 108.6 milyard manat investisiya qoyulacağı proqnozlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" mövzusunda konfransda çıxışı zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, nəzərdə tutulan investisiya qoyuluşunun 76.6 milyard manatı qeyri-neft sektorunun payına düşür ki, bu da aqrar sektorun inkişafının sürətləndirilməsini zərurətə çevririr: "İnvestisiya olmadan regionların inkişafı mümkünsüzdür. İşğaldan azad edilən əraziləri Azərbaycan özü bərpa edir. Həmin ərazilərin bərpasına xərclənən 28 milyard manat Azərbaycanın öz hesabınadır. Bu əraziləri daha da dirçəltmək üçün yeni investisiya qoyuluşları çox vacibdir".

Mənbə
oxu.az