İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
"Azeri Light" markalı neft bahalaşıb. Oxu.Az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 1.15 ABŞ dolları və ya 0.97% artaraq 119.68 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 118.53 ABŞ dolları olub.
Mənbə
oxu.az