İdman
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - Foto
"Barselona" klubu oyun ərəfəsində PSJ azarkeşlərinin nümayiş etdirdiyi xoreoqrafiyaya görə Fransa təmsilçisindən UEFA-ya şikayət etməyə hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, dünya futbolunun iki nəhəng klubunun üz-üzə gəldiyi görüşdən əvvəl PSJ tərəfdarları "Texas zəncirli mişar qırğını" filminə istinad edən və üzərində "Paris üsulu qırğın" yazılmış plakatla diqqətçəkən xoreoqrafiya hazırlayıblar. Nümayiş olunan xoreoqrafiyada PSJ forması geyinmiş bir azarkeşin mişarla "Barselona"nın loqosunu kəsməsi təsvir olunub.
Qeyd olunur ki, "Barselona" rəhbərliyi məhz bu nümayişə görə Paris klubundan UEFA-ya rəsmi şikayət ünvanlayacaq. Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində baş tutan qarşılaşmada PSJ öz meydanında "Barselona"ya 4:2 hesabı ilə qalib gəlib.

Mənbə
oxu.az