Cəmiyyət

Uşaqlar arasında infeksiya riski: Məktəb və bağçalarda nələrə diqqət edilməlidir? - Foto

21 Oct 2026, 06:16 4 baxış
Uşaqlar arasında infeksiya riski: Məktəb və bağçalarda nələrə diqqət edilməlidir? - Foto
"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi uşaq bağçalarında, məktəblərdə, internatlarda və digər mütəşəkkil uşaq müəssisələrində sanitariya-gigiyena və epidemioloji tələblərə əməl olunmasına mütəmadi nəzarət edir". Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova "Sağlam radio"nun "Sağlam səhər" verilişində açıqlayıb.
Onun sözlərinə görə, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onlar infeksion xəstəliklərə daha həssasdırlar. Uşaq kollektivlərində hava-damcı, məişət-təmas və fekal-oral yollarla yoluxma daha sürətlə baş verə bilər. Buna görə də sanitariya-gigiyena nəzarəti yalnız infeksiyaların qarşısının alınmasına deyil, həm də uşaqların fiziki və psixi inkişafının dəstəklənməsinə, onlarda sağlam həyat tərzinin formalaşdırılmasına xidmət edir. Mərkəz epidemioloji nəzarət, laborator monitorinq, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərini kompleks şəkildə həyata keçirir. Bu tədbirlər immunoprofilaktika proqramları, təhlükəsiz su təminatı və sanitariya-gigiyena normalarına riayət olunması ilə birlikdə uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır. Eyni zamanda, müəssisələrdə laborator-instrumental tədqiqatlar aparılır və sanitariya müayinələri keçirilir. S.Talıbova qeyd edib ki, mərkəz müəssisələrə metodiki dəstək göstərir, tədris və tərbiyə şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayır. Həmçinin valideynlərə və əməkdaşlara gigiyena qaydalarına əməl etməyin vacibliyini mütəmadi xatırladır.
Uşaqlar arasında infeksiya riski: Məktəb və bağçalarda nələrə diqqət edilməlidir? - Foto Uşaqlar arasında infeksiya riski: Məktəb və bağçalarda nələrə diqqət edilməlidir? - Foto Uşaqlar arasında infeksiya riski: Məktəb və bağçalarda nələrə diqqət edilməlidir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər