Şou biznes

"Məğlubedilməz" filminin ulduzu xəstəxanaya yerləşdirildi

21 Oct 2026, 02:00 2 baxış
"Məğlubedilməz" filminin ulduzu xəstəxanaya yerləşdirildi
Hollivud aktyoru və kaskadyor Al Leonq insult keçirərək ABŞ-nin Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib. Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. Hazırda aktyorun səhhəti ilə bağlı ətraflı məlumat verilmir. Al Leonqun ailəsi şəxsi həyatlarına hörmətlə yanaşılmasını və hadisənin təfərrüatının yayılmamasını xahiş edib. Al Leonq aktyorluq karyerasına 1981-ci ildə "Meymunxana" melodramında kiçik rolla başlayıb. Aktyora ən böyük şöhrəti isə 1988-ci ildə ekranlara çıxan "Məğlubedilməz" filmi gətirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər