İdman

"Sabah" çox güclü idi - Kovaç

20 Oct 2026, 23:59 1 baxış
"Sabah" çox güclü idi - Kovaç

"Sabah" çox güclü komandadır.


Axar.az xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.


"Bu, bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərədn maksimum istifadə etdik. Bir həftədə üçüncü dəfədir ki, səfərdə çıxış ediridk. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk 10 dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər”, - o bildirib.


Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər