İdman

"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı

20 Oct 2026, 20:08 3 baxış
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğanın mərc oyunlarında iştirakına görə 45 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırıldığını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Komitəsinin yaydığı rəsmi bəyanatda bildirilib. Məlumata görə, İntizam Komitəsinə göndərilən şəxslərdən 10-u "Trabzonspor", biri isə "Beşiktaş" klubunun nümayəndəsidir və onlar cəzalandırılıblar. "Qalatasaray" və "Fənərbağça" klublarından İntizam Komitəsinə göndərilən şəxslərdən isə heç biri cəza almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər