Dünya

Türkiyədə sabiq bələdiyyə sədri azadlıqdan məhrum edildi

20 Oct 2026, 22:00 3 baxış
Türkiyədə sabiq bələdiyyə sədri azadlıqdan məhrum edildi
Türkiyənin Bolu bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində məhkəmə hökmü açıqlanıb. Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hökm Bolu 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib. Məhkəmə Bolu bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılmış Tanju Özcanın da daxil olduğu 19 təqsirləndirilən şəxs barəsində qərar qəbul edib. Marketlər və lisenziyalarla bağlı iş üzrə Tanju Özcan 7 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Tanju Özcan daha əvvəl market nümayəndələri ilə keçirilən görüşdə heç bir məcburiyyət və ya təzyiq olmadığını, yazılı müqavilə bağlamaq və ya məcburi ödəniş etmək tələbinin irəli sürülmədiyini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər