Cəmiyyət
Sürücülərə xəbərdarlıq: Abşeronda yol təmirə bağlanır - Foto
Oktyabrın 21-də saat 8:00-dan etibarən Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təmir işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az