İdman

Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti açıqlandı - Siyahı

20 Oct 2026, 18:22 15 baxış
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti açıqlandı - Siyahı
Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Oktyabrın 25-də millimiz Hövsan Yarış Kompleksinin 10A meydançasında iki oyun keçirəcək. Komanda saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Oktyabrın 26-da isə Azərbaycan millisi həmin meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək. Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Yarış dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirəcək.
{{gallery}}
№ Ad, Soyad Klub
1 Oqtay Mehrəliyev "Qarabağ" FK
2 Məhəmməd Ağamaliyev "Qarabağ" FK
3 Emil Quliyev "Neftçi" PFK
4 Əkbər Nağıyev "Neftçi" PFK
5 Kənan Əzimov "Neftçi" PFK
6 Qafar Babayev "Neftçi" PFK
7 Said Bayramov "Neftçi" PFK
8 Sübhan Əlizadə "Neftçi" PFK
9 Həsən Məhmədov "Sabah" FK
10 Həsən Ramazanov "Sabah" FK
11 Murad Məmmədzadə "Sabah" FK
12 Asif Allahverdizadə "Ulduz" FA
13 Müşfiq Zamanov "Ulduz" FA
14 Yusif Əlizadə "Ulduz" FA
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti açıqlandı - Siyahı
Mənbə oxu.az

Oxşar Xəbərlər