Dünya

Aİİ ölkələri Ermənistanın ittifaqa üzvlüyünü dayandıra bilər

20 Oct 2026, 17:26 2 baxış
Aİİ ölkələri Ermənistanın ittifaqa üzvlüyünü dayandıra bilər
Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələr beynəlxalq hüquq normalarına əsaslanaraq, İrəvanın atdığı addımların yaratdığı riskləri nəzərə almaqla Ermənistanın qurumda iştirakının müvəqqəti dayandırılması istiqamətində qərar verə bilərlər. Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin Avrasiya Hökumətlərarası Şurasına təqdim etdikləri məruzədə qeyd olunur. "Proqnozlara əsasən, Aİİ-də iştirakın dayandırılması Ermənistanın iqtisadi göstəricilərinin pisləşməsinə səbəb olacaq. Ermənistanın ittifaqa üzv dövlətlərlə ümumi ticarət dövriyyəsi 55 faizdən çox azalacaq. Ölkədən Aİİ məkanına mal ixracı 65 faizdən çox aşağı düşəcək, ittifaq ölkələrindən idxal isə təxminən iki dəfə azalacaq", - deyə sənəddə vurğulanır. Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan təmsilçiləri Aİİ haqqında müqavilənin Ermənistana münasibətdə dayandırılmasının yarada biləcəyi ehtimal olunan fəsadlar barədə məruzə ilə çıxış ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər