İdman
Azərbaycan klubu avrokubok oyunu üçün səfərə gedə bilmədi - Səbəb
FIBA Avropa Kubokunun müntəzəm mövsümündə "Rilski Sportist" və "Gəncə" basketbol klubları arasında keçirilməli olan qarşılaşma təxirə salınıb. Oxu.Az xəbər verir ki, bu barədə klub özü məlumat yayıb Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda keçirilməyəcək. Qeyd edək ki, C qrupunun oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılan oyunun yeni tarixi barədə məlumat verilməyib.
Mənbə
oxu.az