Digər

Xəyal etdi, inandı, qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasında "Changan Q07"yə sahib olan qalib danışdı

20 Oct 2026, 16:42 1 baxış
Xəyal etdi, inandı, qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasında "Changan Q07"yə sahib olan qalib danışdı
Azerlotereya.com və Misli.az platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibi bilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. Rövnəq Əkbərov qalib olacağına inandığını, bu anı xəyal etdiyini və arzusunun gerçəkləşməsinin ona böyük sevinc yaşatdığını bildirib. O, xoş xəbəri ilk olaraq ailə üzvləri ilə bölüşüb. Qalibin avtomobillə bağlı ilk planlarından biri isə ailəsi ilə birlikdə Qarabağa səyahət etməkdir. Bundan əlavə, 4-cü tirajda üç nəfər "iPhone 17 Pro", beş nəfər "PlayStation 5", 25 nəfər isə 250 manatlıq bonus qazanıb. Növbəti qaliblər arasında yer almaq üçün Azerlotereya.com və ya Misli.az saytına daxil olaraq "Kampaniyaya qoşul" düyməsinə klikləmək kifayətdir. İdman mərc oyunlarında hər 5 manat məbləğində iştirak üçün bir şans, digər oyunlarda (Virtual İdman, ePoz-Qazan, Lotereya) isə iki şans əldə etmək mümkündür. Kampaniya çərçivəsində daha 12 ədəd "iPhone 17 Pro", 20 ədəd "PlayStation 5", 100 ədəd 250 manatlıq bonus və böyük priz "Changan Q07" avtomobili şanslı qaliblərini gözləyir. Qaliblər hər həftənin çərşənbə günü 21:00-da təsadüfi seçim alqoritminin köməyi ilə Misli.az-ın "YouTube" və "Azərlotereya" "Telegram" kanallarında canlı yayımda seçilir. Sonuncu tiraj noyabrın 11-də keçiriləcək. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər