Digər

Bunu hətta peyğəmbərlər də həll edə bilmədilər - Barrak

20 Oct 2026, 16:48 1 baxış
Bunu hətta peyğəmbərlər də həll edə bilmədilər - Barrak

Hətta peyğəmbərlər də Yaxın Şərqdəki münaqişəni həll edə bilməyiblər.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.


“Allahın bu bölgəyə nə qədər peyğəmbər göndərdiyinə nəzər salsaq... Bizim 55 xristian peyğəmbərimiz, islamın 100-dən çox peyğəmbəri və daha 50 yəhudi peyğəmbəri olub, lakin onların heç biri bu vəziyyəti həll edə bilməyib. Bu səbəbdən də münaqişəni cəmi bir neçə il ərzində həll edə biləcəyimizi düşünmək çətindir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər