Cəmiyyət
Bakıda söküntü zamanı su borusu partladı - Video
Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, 7-9 ünvanında su borusu partlayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə ərazidə aparılan söküntü işləri zamanı köhnə borunun üzərinə yük düşməsi səbəb olub. Hazırda borudan axan su əraziyə və avtomobil yoluna yayılıb. Məsələ ilə əlaqədar İri Şəhərlərin Su Təchizatından (İŞST) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza Süleyman Rəhimov küçəsindən keçən su xəttində baş verib. "Hazırda qəza aradan qaldırılır. Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə briqada cəlb olunub, xəttin təmiri və bərpası istiqamətində işlər görülür".
Nəzrin Mirzəyeva, Laləzər Məmmədova
Nəzrin Mirzəyeva, Laləzər Məmmədova
Mənbə
oxu.az