Kriminal
Azərbaycanın axtarışa verdiyi şəxslərdən biri məşhur serialların aktyoru olub - Foto
Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən Türkiyə vətəndaşlarından birinin aktyor kimi fəaliyyət göstərdiyi bəlli olub. Oxu.Az-ın məlumatına görə, sosial şəbəkədəki "Abdurrahman Tumer" profilinin sahibi xüsusilə "Diriliş Ertoğrul" televiziya serialında canlandırdığı "Bəy" obrazı ilə populyarlıq qazanıb. Abdurrahman Tumer 10 oktyabr 1975-ci ildə Hatayın Reyhanlı rayonuna bağlı Mastepe kəndində doğulub. O, orta və ali təhsilini başa vurduqdan sonra İstanbulda məskunlaşıb. Anadolu Universitetinin İdarəetmə fakültəsinin məzunudur, evli və iki uşaq atasıdır.
Bundan əlavə o, ölkəsində "Kuruluş Orhan", "Mehmet: Fetihler Sultanı" seriallarında ikinci və üçüncü dərəcəli rollarda yer alıb. Qeyd edək ki, Abdurrahman Tumer aktyorluqla yanaşı, yazıçı, şair və televiziya şərhçisi kimi də fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, Abdurrahman Tumer Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlar və materialların yayılması ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq materiallarına əsasən, onun 25 sentyabr-18 oktyabr 2026-cı il tarixlərində sosial şəbəkələrdə və digər internet resurslarında yaydığı materiallarla bağlı əsaslı şübhələr müəyyən olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Tumer barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Mənbə
oxu.az