İdman

"Fənərbağça" ilə oyunöncəsi "Qalatasaray"da ciddi itki

20 Oct 2026, 13:48 2 baxış
"Fənərbağça" ilə oyunöncəsi "Qalatasaray"da ciddi itki
"Qalatasaray"ın hücumçusu Rafael Lean zədə səbəbindən UEFA Çempionlar Liqasında "Lill"lə oyunda iştirak edə bilməyəcək. Onun "Fənərbağça" ilə İstanbul derbisində meydana çıxması da sual altındadır. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun qasıq əzələsində MRT və əlavə müayinələrdən sonra yüngül və ortadərəcəli gərilmə aşkarlanıb. Klub onun müalicəsinə başladığını və vəziyyətinin gündəlik müayinələrlə izləniləcəyini açıqlayıb. Lean Türkiyə Super Liqasının VIII turunda "Gənclərbirliyi" ilə matçda (1:0) zədələnib. Görüşün 61-ci dəqiqəsində meydana daxil olan hücumçu 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Qeyd edək ki, "Qalatasaray" oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində "Lill"in qonağı olacaq. İstanbul derbisində "Fənərbağça" ilə qarşılaşma isə oktyabrın 26-da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər