Cəmiyyət

Səngəçalda piyadaya yol verən maşın qəzaya düşdü - Video

20 Oct 2026, 13:50 1 baxış
Səngəçalda piyadaya yol verən maşın qəzaya düşdü - Video
Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə zamanı "Hyundai" markalı iki avtomobil toqquşub. Qəzaya avtomobillərdən birinin piyadaya yol verməsi zamanı digər nəqliyyat vasitəsinin ara məsafəsini qorumaması səbəb olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. Təfərrüat üçün aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər