İqtisadiyyat

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

20 Oct 2026, 13:40 2 baxış
Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq
Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq prosedurlar həyata keçiriləcək. Həmçinin layihə çərçivəsində yol-küçə şəbəkəsinin salınması, yaşıllaşdırma və digər abadlıq işlərinin aparılması planlaşdırılır. Həmçinin plana görə, 79 ədəd fərdi yaşayış evi tikiləcək. Sözügedən işlərə 33 milyon 648 min 168 manat vəsaitin xərclənəcəyi ehtimal edilir. Xatırladaq ki, Həkəri çayının sahilində yerləşən kənd 2020-ci il noyabrın 9-da Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər