Digər
Tanınmış model 34 yaşında öldü
Avstraliyalı model və çimərlik geyimləri dizayneri Sahara Rey vəfat edib.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, 34 yaşlı model xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sahara Rey 2016-cı ildə Havay adalarında keçmiş sevgilisi, müğənni Castin Biberlə birlikdə istirahət edərkən görüntülənməsi ilə mətbuatın diqqət mərkəzinə düşmüşdü.
Model əfsanəvi avstraliyalı sörfçü Toni Reyin qızıdır.
2024-cü ildə Sahara Rey ciddi avtomobil qəzasından sonra qismən iflic olmasına səbəb olan nadir nevroloji xəstəlik - Giyen-Barre sindromu ilə mübarizə apardığını açıqlamışdı.
Mənbə
axar.az