Digər
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
Prezident Məsud Pezeşkianın oktyabrın sonunda Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitinə qatılacağını gözləyirik.
Axar.az xəbər verir ki, bu barədə Tehranda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Qeyd edək ki, qaz İxrac Edən Ölkələr Forumunun sammiti oktyabrın 27-də Moskvada baş tutacaq.
Mənbə
axar.az