Digər

Rzayev yenidən xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

19 Oct 2026, 18:52 1 baxış
Rzayev yenidən xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.


Kult.az xəbər verir ki, Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.


Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.


Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.


Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər