Cəmiyyət
Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
Qazax rayonunda mal-qara otlağına ildırım düşüb. Oxu.az-ın məlumatına görə, hadisə rayonun Bala Çaylı kəndində qeydə alınıb. Belə ki, mal-qaranın otarıldığı əraziyə ildırımın düşməsi nəticəsində, 1991-ci il təvəllüdlü S.Bağırov xəsarət alıb. O, yaxınları tərəfindən Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az