İdman
Niko Kovaç: "Sabahkı oyunda favorit bizik"
"Rəqibi yetərincə təhlil etmişik". Oxu.Az xəbər verir ki, bu fikirləri "Borussiya Dortmund" klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək "Sabah"la matçdan əvvəl mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycana ikinci dəfə gəlir: "Azərbaycan gözəl və əyləncəli ölkədir. Burada olmağıma şadam. Rəqibə gəlincə, onları yetərincə təhlil etmişik. Bəzi çatışmazlıqlar var, sabah onları da həll edəcəyik. Sabah nəticə əldə etmək üçün hücumda daha çox oynamağı düşünürük". Baş məşqçi "Sabah" haqqında xoş fikirlər səsləndirib: "Rəqibin yeni yaranmasına baxmayaraq, olduqca təhlükəlidirlər. Biz onları ciddiyə almalıyıq. Sabah rəqib üzərində qələbə qazanmalıyıq. "Sabah" oyun stili baxımından bizim komandamıza bənzəyir. Düşünürəm ki, favorit bizik. Komandamız daha keyfiyyətlidir". Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Mənbə
oxu.az