Dünya

Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oct 2026, 18:48 2 baxış
Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər
"İran tərəfi Rusiya ilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaqların satın alındığını təsdiqləyib, Moskva isə Tehrandan bununla bağlı təsdiq sənədini gözləyir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Tacikistanda Rusiya-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib. "Danışıqlar zamanı fikir mübadiləsi aparıldı. İlk növbədə, bizim "Şimal-Cənub" layihəsinin həyata keçirilmə vəziyyəti, gələcək Rəşt-Astara dəmiryolu xəttinin tikintisi müzakirə olundu. İran tərəfi torpaq sahələrinin satın alındığını təsdiqlədi. Torpaqların satın alınmasının baş tutduğuna dair təsdiq gözləyirik", - deyə Overçuk qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər