Siyasət
İranın təbliğat maşını və Berlin səhnəsi: "Bu, kölələrin ağalarına sadiqliyini göstərir" - Video
Almaniyanın paytaxtı Berlində Müsəlman Birliyi Hərəkatının keçirdiyi aksiya müzakirələrə səbəb olub. Aksiya zamanı Azərbaycan bayraqlarının İran bayraqları ilə yanaşı nümayiş etdirilməsi, Azərbaycan dövlət himninin səsləndirilməsi və fars dilində şüarlardan istifadə olunması diqqət çəkib.
Millət vəkili Elçin Mirzəbəyli Baku TV-yə açıqlamasında aksiyanın arxasında siyasi məqsədlərin dayandığını bildirib. Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan dövlətçiliyini və ölkənin dünyəvi konstitusion quruluşunu zəiflətməyə hesablanmış addımlar kimi qiymətləndirilə bilər. Deputat iddia edib ki, özünü İran rejiminə qarşı müxalif qüvvə kimi təqdim edən bəzi şəxslər əslində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) casus şəbəkəsinin iştirakçılarıdır. "Onlar SEPAH-ın casuslarıdır. Guya İran rejiminə qarşı müxalifdirlər", - deyə Elçin Mirzəbəyli vurğulayıb. Millət vəkili, həmçinin bu cür tədbirlərin Avropa institutlarında Azərbaycanda vicdan azadlığının pozulması ilə bağlı iddiaların gündəmə gətirilməsi üçün istifadə oluna biləcəyini bildirib.

Mənbə
oxu.az