Cəmiyyət

"Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

19 Oct 2026, 18:02 3 baxış
"Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Borussiya Dortmund" oyunu ilə əlaqədar bir sıra müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Qeyd olunub ki, oktyabrın 20-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. "Məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək", - məlumatda deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər