Siyasət
TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nələri dəyişəcək?
"Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni Fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yalnız inzibati strukturun yenilənməsi deyil, səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə məsuliyyəti və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən əlaqələndirilməsi baxımından əhəmiyyətli qərardır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O bildirib ki, fərmana əsasən, TƏBİB-in hüquq və öhdəliklərinin, eləcə də əmlakının nazirliyin tabeliyindəki publik hüquqi şəxsə keçməsi nəzərdə tutulur:
"Yeni idarəetmə modelində TƏBİB-in cari fəaliyyətinə Nazirlik tərəfindən təyin olunan sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Keçid dövründə isə Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Bu qərarın mahiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi inkişaf yoluna, mövcud idarəetmə modelinin xüsusiyyətlərinə və qarşıdakı mərhələnin prioritetlərinə kompleks yanaşmaq lazımdır. Son illərdə Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin əhali üçün əlçatanlığının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə xidmətlərinin maliyyələşdirilməsində yeni mexanizmlər formalaşdırıb. TƏBİB-in yaradılması isə dövlət tibb müəssisələrinin vahid idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə imkan verən institusional modelin əsasını qoyub. 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır". M.Məmmədlinin sözlərinə görə, yeni fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər: "Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir. Müasir səhiyyə sistemlərinin effektivliyini müəyyən edən başlıca amillərdən biri dövlət siyasəti ilə tibbi xidmətlərin gündəlik təşkili arasında uyğunluğun təmin edilməsidir. Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət institutlarından biridir. TƏBİB isə dövlət tibb müəssisələrinin idarə olunması və tibbi xidmətlərin təşkilində mühüm funksiyalar yerinə yetirir. Yeni model bu iki istiqamət arasında daha birbaşa institusional əlaqə yaradır. Bunun bir neçə mühüm nəticəsi ola bilər. Birincisi, səhiyyə sahəsində strateji qərarların qəbul edilməsi ilə onların tibb müəssisələrində icrası arasında koordinasiya güclənə bilər. İkincisi, tibbi xidmətlərin keyfiyyətinə, xəstəxanaların fəaliyyətinə və idarəetmə nəticələrinə görə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi üçün imkan yaranır. Üçüncüsü, kadr hazırlığı, tibbi xidmətlərin standartlaşdırılması, səhiyyə infrastrukturunun inkişafı və rəqəmsal səhiyyə layihələri arasında əlaqələndirmə daha sistemli xarakter ala bilər". Parlamentari əlavə edib ki, burada mühüm prinsip idarəetmənin mərkəzləşdirilməsi qərarların həddindən artıq bürokratikləşdirilməsinə deyil, məsuliyyətin dəqiqləşdirilməsinə və xidmətlərin operativliyinin artırılmasına xidmət edəcəkdir: "Bu struktur dəyişikliyinin mühüm istiqamətlərindən biri icbari tibbi sığorta sisteminin fəaliyyəti ilə bağlıdır. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, dövlət tibb müəssisələrinin fəaliyyətinə yeni iqtisadi münasibətlər gətirib. Lakin sığorta mexanizminin uğuru yalnız maliyyə vəsaitinin ayrılması ilə ölçülmür. Burada xidmətin keyfiyyəti, xəstələrin vaxtında müayinə və müalicəsi, maliyyə resurslarından səmərəli istifadə və tibbi nəticələr də əsas göstəricilərdir. Yeni idarəetmə mərhələsində səhiyyə siyasəti, tibbi xidmətlərin təşkili və sığorta mexanizmləri arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə Xidmətlər Zərfinin təkmilləşdirilməsi, ambulator dərman təminatının genişləndirilməsi, ixtisaslaşdırılmış tibbi xidmətlərə çıxışın asanlaşdırılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi prioritet istiqamətlərdən olmalıdır. Bununla yanaşı, maliyyələşdirici qurumla tibbi xidmət göstərən müəssisələr arasında funksional sərhədlərin və hesabatlılıq mexanizmlərinin qorunması vacibdir. Səhiyyə sisteminin maliyyə dayanıqlığı ilə tibbi xidmətlərin keyfiyyəti bir-birini tamamlayan məqsədlər kimi nəzərdən keçirilməlidir". Millət vəkili qeyd edib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi xəstəxanaların idarə olunmasında da yeni yanaşmaların tətbiqi üçün imkan yarada bilər: "Müasir xəstəxana idarəçiliyi yalnız maliyyə, təsərrüfat və inzibati məsələlərin həllindən ibarət deyil. Xəstəxananın fəaliyyətinin əsas meyarı vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyəti və müalicənin nəticəsidir. Bu səbəbdən yeni mərhələdə tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün konkret göstəricilər tətbiq olunmalıdır. Xəstələrin tibbi xidmətə çıxış müddəti, elektron növbələrin idarə olunması, müayinə və müalicənin keyfiyyəti, pasiyent məmnunluğu, tibbi personalın iş yükü, xəstəxanadaxili infeksiyaların profilaktikası və maliyyə səmərəliliyi kimi göstəricilər vahid monitorinq sistemində birləşdirilə bilər. Eyni zamanda, xəstəxana rəhbərlərinin fəaliyyətinə qiymət verilərkən yalnız inzibati göstəricilər deyil, klinik nəticələr də nəzərə alınmalıdır. Belə bir yanaşma idarəetmədə şəxsi məsuliyyəti artırmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin davamlı yüksəldilməsi üçün stimullar formalaşdıra bilər. 2026-cı ilin səhiyyə islahatları vahid sistem kimi qiymətləndirilməlidir Yeni Fərmanın əhəmiyyətini daha aydın göstərən mühüm məqam onun 2026-cı ilin mart ayında başlanmış institusional dəyişikliklərlə əlaqəsidir. Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli Fərmanı ilə icbari tibbi sığorta sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yaradılması qərara alınıb. Bu quruma tibbi xidmətlərin maliyyələşdirilməsi, sığorta vəsaitlərinin idarə olunması və dövlət adından xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyaları verilib".

Mənbə
oxu.az