Dünya
Qırğızıstan Prezidenti: "Muxtar Ablyazov Qazaxıstanda inqilab etmək istəyirdi"
Qırğızıstan Prezidenti Sadır Japarov bəyan edib ki, "Bank Turan Aləm"in (BTA Bank) keçmiş rəhbəri Muxtar Ablyazov qonşu Qazaxıstanda inqilab törətməklə hədələyib. Oxu.Az super.kg-yə istinadən xəbər verir ki, dövlət başçısı Ablyazovun 2020-ci ildə telefon danışığı zamanı səsləndirdiyi bu sözləri sitat gətirib: "Mən sizdən bizə kömək etməyinizi çox xahiş edirəm. Əgər razılıq versəniz, Bişkekə gələcəyəm, orada oturub Qazaxıstanda inqilab təşkil edəcəyəm". Bundan əvvəl Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə 2022-ci ildə baş vermiş kütləvi iğtişaşların və dövlət çevrilişinə cəhdin səbəbləri kimi həll olunmamış sosial-iqtisadi problemləri və ümumi durğunluğu göstərmişdi. Siyasətçi etiraf edib ki, siyasi sistemin demokratikləşməsi, ictimai həyatın liberallaşması və iqtisadiyyatın inhisardan azad edilməsi istiqamətindəki addımlar ölkədəki kök salmış vəziyyətə və hakimiyyət strukturlarındakı imtiyazlı statuslarına təhlükə görən nüfuzlu şəxslərin kəskin narazılığına səbəb olub.
Mənbə
oxu.az