Dünya

Madriddə müəllimlərin etirazları: Magistral yolu bağladılar - Video

19 Oct 2026, 13:56 3 baxış
Madriddə müəllimlərin etirazları: Magistral yolu bağladılar - Video
İspaniyanın paytaxtı Madriddə müəllimlərin davam edən müddətsiz tətili çərçivəsində 200-ə yaxın şəxs magistral yollardan birində nəqliyyatın hərəkətini dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, etiraz aksiyası yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 10:30 - da) başlayıb. Tətilçilər avtomobil yolunun ortasına məktəb partaları və stullar düzüblər. Aksiya iştirakçıları "Dövlət təhsili satılmır, dövlət təhsili qorunur" şüarını səsləndiriblər. Nəticədə yolun həmin hissəsində yüzlərlə sürücü tıxacda qalaraq hərəkət edə bilməyib. Qeyd edək ki, Madrid muxtar icmasının dövlət təhsil müəssisələrinin pedaqoji heyətinin müddətsiz tətili oktyabrın 14-də başlayıb. Etirazçıların əsas tələbləri arasında maliyyələşdirmənin artırılması, siniflərdə şagird sıxlığının azaldılması və müəllimlərin iş şəraitinin yaxşılaşdırılması yer alır. Bundan əvvəl də regionda analoji məqsədlərlə müxtəlif piketlər, nümayişlər və mitinqlər təşkil olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər